Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması Azərbaycan üçün bir yenilikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Azərbaycan üçün bir yenilikdir. Həyata keçirilən ardıcıl hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir. Mərkəz hüquq sahəsində aparılan islahatlara dəstək göstərmək, normativ hüquqi aktların layihələrin hazırlanması, hüquqi ekspertizasının aparılması sahəsində dövlət orqanlarına xidmətlər göstərmək, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb.
Bu fikirləri Azərtac-a açıqlamasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilərək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxsin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilir.

Açıqlamanı linkə daxil olmaqla oxuya bilərsiz.




Dərc olunub : 2022-05-21 10:27:00
Oxunma sayı : 44