Postsovet məkanının etnik münaqişələr və işğallar ilə “ən zəngin” regionu – Cənubi Qafqaz

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində bu gün növbəti onlayn tədbir keçirilib.
“Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa Bəyannaməsinə” adlı respublika elmi konfransının iştirakçıları öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, müxbir üzv Musa Qasımlı zəfərə gətirən yolu, səbəbləri, qazanılan qələbənin əhəmiyyətini, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü millət, qüdrətli dövlət strategiyası, milli birlik barədə danışıb.
Tədbirdə iştirak edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucovanın “Postsovet məkanının etnik münaqişələr və işğallar ilə “ən zəngin” regionu – Cənubi Qafqaz” mövzusunda təqdim etdiyi məruzə maraqla qarşılanıb.
Sonra çıxış edənlər 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, onun mahiyyəti və nəticələrindən bəhs ediblər.




Dərc olunub : 2021-09-24 16:51:00
Oxunma sayı : 5