Qanunun aliliyi məsələsi və korrupsiya ilə mübarizə

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun 2011-ci ildəntərəfdaşı olan Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu 2013-cü il noyabr ayının 9-10-da Pekinşəhərində “Qanunun aliliyi məsələsi və korrupsiya ilə mübarizə” (İssue of rule of law and anti-corruption) mövzusunda Beynəlxalq konfrans keçirəcək.

İnstitutumuzun doktorant, dissertant və əməkdaşlarını adı çəkilən Konfransa tezis vermək üçün dəvət edirik. Onlar 1 ay ərzində tezislərini İHİ-nin elektron ünvanına: info@ihr-az.org  təqdim edə bilərlər.

 

Azərbaycan Milli Elmlər Akademiyasının

İnsan hüquqları İnstitutunun rəhbərliyiv




Dərc olunub : 2013-11-10 12:16:00
Oxunma sayı : 1