İnstitutumuzda əməkdaşlıq görüşü keçirildi

30 oktyabr 2019-cu il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı, Azərbaycan - Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü xanım Aytən Mustafazadə ilə "Soydaş" İctimai Birliyinin rəhbərliyi arasında birgə əməkdaşlıq görüşü keçirildi.
İşgüzar görüşdə "Soydaş Haqqında” qanun layihəsinin hazırlanmasının vacibliyi, Miqrasiya sahəsindəki problemlərin həll edilməsi və gürcüstanlı soydaşlarımızın təhsil sahəsində üzləşdikləri problemlərin həll edilməsi kimi vacib məsələlər müzakirə edildi.


Dərc olunub : 30-10-2019

Oxunma sayı : 12