YAP Yasamal Rayon Təşkilatının Zəfər gününə həsr olunmuş iclası keçirilib

4 noyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal  Rayon Təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəfər günü”nə həsr olunmuş “Qəhrəmanlıq  salnaməsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, müvafiq dövlət qurum və komitələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, İkinci Qarabağ savaşında qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Cəmi 44 gün ərzində Ermənistan ordusu acınacaqlı şəkildə məğlub oldu, düşmən layiq olduğu cəzanı aldı. Azərbaycan xalqı əbədi olaraq doğma torpaqlarına qovuşdu.
Tədbirdə YAP-ın İnstitut üzrə ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyası Təşkilatının sədri  İlqar Xəlilov da iştirak etmişdir.

 




Dərc olunub : 2022-11-04 11:56:00
Oxunma sayı : 20