İnstitutda BMT nümayəndələri ilə görüş keçirilib

16 dekabr 2022-ci il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (“Mərkəz”) və Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) rəhbərləri Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının əməkdaşları Vladimir Şkolnikov və Kamran Bağırov ilə görüş keçirmişdir.
Görüşdə Mərkəz və İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir. BMT nümayəndələri Mərkəz və İnstitutla əməkdaşlıq fəaliyyətində və gələcəkdə birgə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını vurğulamışlar.




Dərc olunub : 2022-12-16 12:10:00
Oxunma sayı : 17