Əməkdaşımız İlham Əliyevin yeni məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı İlham Malik oğlu Əliyevin “Hüquq yaradıcılığında əxlaq normalarının nəzərə alınma məsələsi” adlı məqaləsi dərc olunmuşdur. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirtdiyi elmi-nəzəri konfransın materiallarına salınmışdır.

Məqalədə insan mədəniyyətinin ən mühüm elementləri olan hüquq və əxlaqın bir-birinə təsir prosesləri təhlil olunur, hüquq yaradıcılığının daim inkişaf edən cəmiyyətin, dövlətin sosial və hüquqi tələblərinə cavab verməli olduğu qeyd edilir.

Müəllif məqalədə dövlət orqanları tərəfindən dövlət normativ aktlarının hazırlanmasında ictimai əxlaqın tələblərinin nəzərə alınmasının vacibliyini də xüsusi olaraq vurğulayır.




Dərc olunub : 2022-11-05 11:37:00
Oxunma sayı : 22