“Dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı yeni kitabımız dərc edilib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu və “Hüquq və siyasət” beynəlxalq elmi jurnalı ilə birgə hazırladığı “Dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı yeni kitabı işıq üzü görüb. Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “Fakt” nəşriyyatında hazırlanan, Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “Elm və təhsil” nəşriyyatının mətbəəsində dərc edilən kitabın baş məsləhətçisi AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə, elmi redaktoru hüquq elmləri doktoru, professor Namiq Əliyev, nəşrə məsul şəxs isə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədovadır. Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Moldova alimlərinin məqalələrindən ibarət olan toplunun əsas çap edilmə məqsədi dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ ilə bağlı gerçəkləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Onu da qeyd etmək istərdik ki, sözügedən toplu AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının 12 mart 2020-ci il tarixli Qərarı ilə çap edilib.




Dərc olunub : 2020-06-13 17:44:00
Oxunma sayı : 69