Təcrübədə olan tələbələrə seminar məşğələsi keçirilib

17 aprel 2018-ci iltarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Amerika və Qafqaz üzrə) ixtisasının elmi istehsalat təcrübəsinə yeni başlayan tələbələri üçün seminar məşğələsi keçirilib.
Seminarda İnstitutun Elmi işlər üzrə direktor müavini, f.ü.e.d Lalə Əhmədova institut və şöbələrin fəaliyyəti haqqında slayd təqdimatla çıxış edərək tələbələrə məlumat verib.
Daha sonra Beynəlxalq əlaqələr və insan hüquqları şöbəsinin müdiri, s.e.ü.f. d Elşad Mirbəşiroğlu tələbələrlə Azərbaycan-Ermənistan və Azərbaycan-Amerika münasibətləri mövzusunda analitik söhbət aparıb. Həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.


Dərc olunub : 18-04-2018

Oxunma sayı : 15