Ümumdünya ticarət təşkilatı (ÜTT) tərəfindən AMEA-nın doktorantura pilləsində təhsil alan tələbələri üçün ÜTT katibliyində tədqiqat aparmaq imkanı ilə bağlı təşkil olunan proqram haqqında

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən AMEA-nın doktorantura pilləsində təhsil alan tələbələri üçün ÜTT Katibliyində tədqiqat  aparmaq imkanı ilə bağlı təşkil olunan Proqram haqqında
 
 
E L A N
 
Nəzərinizə çatdırırık ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən ÜTT-yə üzv olan və müsahidəçi ölkələrin  doktorantura pilləsində təhsil alan tələbələri üçün il ərzində ÜTT Katibliyində tədqiqat (3-6 ay)  aparmaq imkanı təklif olunur. Proqramın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə ÜTT ilə bağlı məsələlər üzrə akademik bilik və təcrübələrin genişləndirilməsinə töhfə verməkdən ibarətdir. Namizədləri irəli sürüləcək şəxslər iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər üzrə doktorantura pilləsində təhsil almalı, dissertasiyalarının yazılmasının son mərhələsində olmalı və ingilis dilini bilməlidirlər. Seçilmiş şəxslərə ÜTT Katibliyi tərəfindən gündəlik olaraq 60 İsveçrə frankı məbləgində məvacib veriləcək və beynəlxalq nəqliyyat xərcləri ödəniləcəkdir.
Proqramda iştirak etmək istəyənlər (AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantura pilləsində təhsil alan və ingilis dilini yüksək səviyyədə bilən) 06 dekabr 2013-cü il tarixinədək AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi katibi S. Qaramollayevaya müraciət etməlidirlər:
 
Əlavə məlumat almaq üçün: 
Tel.: 537-20-73; E-mail: info@ihr-az.org   
 



Dərc olunub : 2013-12-02 10:54:00
Oxunma sayı : 5