Alimimizin “Həqiqət matrisasında: Qarabağın tarixi haqqında” məruzəsi beynəlxalq elmi-praktiki konfransda yüksək maraqla qarşılanıb

Dekabrın 6-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun birgə təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyeva İnstitutumuzu həmin konfransda təmsil edərək “Həqiqət matrisasında: Qarabağın tarixi haqqında” məruzəsi ilə çıxış edib. O, bildirib ki, araşdırılan tədqiqat obyekti XX əsrdə erməniliyin Azərbaycan torpaqlarına əsassız iddialarını göstərir. Mxitarçı Çamçyanın XVIII əsrin sonlarında Kürün sağsahil ərazisini - Qarabağ torpaqlarını Artaşetlər və Arşakidlər Ərməniyyəsinə aid etməsi tarixin saxtalaşdırılmasıdır. XIX əsrin birinci otuzilliyində Arazdan şimalda yerləşən Azərbaycan torpaqlarına Qacarlar İranı və Osmanlı dövlətlərindən kütləvi şəkildə ermənilər köçürülmüş, erməni lobbisi ilə tandemdə olan erməni-qriqorian kilsəsi bölgədə baş verən demoqrafik dəyişikliklərdən “Böyük Ermənistan” əfsanəsinin reallaşması üçün istifadə etməyi qarşıya məqsəd qoyublar.
Tədqiqatçı çıxışında XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında –İrəvan məkanında erməni dövlətçiliyini qurmaqla kifayətlənməyən ermənilərin Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyini, qondarma «Dağlıq Qarabağ» problemini Azərbaycan tarixinə gətirdiklərini, lakin onların hələ də bir həqiqəti anlamadıqlarını - Qarabağ bir anlayış kimi heç bir zaman «dağlıq» və «düzənlik» məfhumlarına bölünməmiş, Arsax məfhumunun etimologiyasının erməni leksikonuna heç bir aidiyyatı olmadığını xüsusi olaraq vurğulayıb.




Dərc olunub : 2021-12-07 17:02:00
Oxunma sayı : 1