Şəlalə Həsənovanın məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Şəlalə Şakir qızı Həsənovanın “Müəllif hüquqlarının və əlaqəli hüquqların haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət” adlı məqaləsi dərc olunub. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirtdiyi elmi-nəzəri konfransın materialları əsasında dərc olunmuşdur.
Məqalədə qeyd olunur ki, qanunverici Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında normaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlı 21-ci fəslində yerləşdirərək, bununla da insan və vətəndaşın konstitusiya hüquqlarını cins obyekti kimi tanıyır. Həmçinin, intellektual yaradıcılıq nəticəsindəyaradılmış əşyalar müəllifin mülkiyyətini təşkil edir və mükafatlandırılmaq məqsədi daşıyır. Buna görə də müəllif məhz mülkiyyət münasibətlərini bu cinayətin obyekti kimi tanıyır.




Dərc olunub : 2022-11-16 11:03:00
Oxunma sayı : 32