Anons (“Saxta erməni soyqırımı: uydurma və gerçəklik”)

AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən 10 aprel 2015-ci il tarixində “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək.

Konfransın əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Soyqırımın tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, beynəlxalq hüquqda soyqırım problemi, soyqırım insan hüquqlarının kobud şəkildə pozulması kontekstində, saxta erməni soyqırımı böyük dövlətlərin siyasi təzyiq vasitəsi kimi, XX əsrin əvvəllərində erməni quldur dəstələri və terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktları kimi məsələlərin müzakirəsinə həsr olunmuş konfrans uydurma erməni soyqırımı yalanının ifşa edilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük əhəmiyyət daşıyır.

Konfransda beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, ictimai xadimlər və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.




Dərc olunub : 2015-02-13 15:21:00
Oxunma sayı : 15