Anons jurnalistlərin nəzərinə!

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və ekspertizalar aparır, qanunvericilik təşəbbüsləri ilə çıxış edir, mütəmadi olaraq zəruri nəşr hazırlayır və beynəlxalq tədbirlər təşkil edirik. Bu işlərin davamı olaraq 25 yanvar 2018-ci il saat 12.00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar “dəyirmi masa” keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya komitəsinin nümayəndələri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.

Ünvan: H.Cavid pros.125(Akademiya şəhərciyi)

AMEA-nın Hüquq və İnsan Hüquqları

İnstitutunun Konfrans zalı, II mərtəbə

İctimaiyyətlə əlaqələr şöbəsi,

Tel: 012 510 36 45


Dərc olunub : 22-01-2018

Oxunma sayı : 12