ELAN - “Hüquq və İnsan Haqları İnstitutu”nun elan etdiyi loqo müsabiqəsinin müddəti 10.11.2022-ci il tarixinədək uzadıldı
“Hüquq və İnsan Haqları İnstitutu”nun elan etdiyi loqo müsabiqəsinin müddəti 10.11.2022-ci il tarixinədək uzadıldı.
Göndəriləcək loqo təkliflərinin aşağıdakı tələblərə uyğun olması vacibdir:
1. Dizayn konsepsiyasında “Hüquq və İnsan Haqları İnstitutu”nun fəaliyyət və məqsədlərinin nəzərə alınması;
2. Loqonun yadda qalan olması;
3. Loqonun png, pdf formatında olması;
4. Xüsusi rəng tələbi yoxdur, lakin seçim zamanı fəaliyyət sahəsinin nəzərə alınması;
5. Plagiat olmaması;
6. Loqonun açıqlaması və izahı ilə birgə göndərilməsi arzuolunandır.
Müsabiqədə iştirak etmək istəyənlər öz loqo təkliflərini 10.11.2022-ci il tarixinədək info@huquq.org.az e-mail ünvanına göndərə bilərlər. Müsabiqə nəticəsində qalib seçilmiş loqoya mülkiyyət hüququ İnstituta məxsus olacaq (orijinal fayl, rəng kodları və fontlar təqdim edilməklə). Qalib gəlmiş şəxsə 200 manat məbləğində mükafat ödəniləcək. Eyni təşkilat və ya fiziki şəxs tərəfindən maksimum 5 loqonun təqdim edilməsi mümkündür. Institut haqqında ətraflı məlumat - http://huquq.org.az/az/ Bütün iştirakçılara uğurlar arzulayırıq!
Diqqət! İnstitut əməkdaşları bu müsabiqədə iştirak edə bilməz.
Dərc olunub : 28-10-2022
Oxunma sayı : 24