Anons ( “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” )

AMEA-nın İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçiriləcək.

Tədbirin əsas məqsədi Ermənistan tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılmış, həmçinin özününküləşdirilməyə cəhd edilən dini abidələrimiz ilə bağlı elmi müzakirə və disskusiyaların aparılması, bu haqda ictimaiyyətin məlumatlandırılmasıdır.

Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər, ictimai xadimlər və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Konfrans 18 fevral 2015-cü il tarixində saat 11:00-da Park Inn otelinin “Dan ulduzu” zalında keçiriləcək.




Dərc olunub : 2015-01-30 15:33:00
Oxunma sayı : 15