İctimai elmlər bölməsinin fəaliyyəti barədə illik hesabatı

Dekabrın 30-da AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsi institutlarının 2015-ci ili əhatə edən hesabat iclası keçirildi. İclas İctimai Elmlər Bölməsinə daxil olan 8 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunmuşdu.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi.

İclasda digər institut direktorları ilə yanaşı, İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva institutun 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş hesabat təqdim etdi.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu.




Dərc olunub : 2015-12-30 09:27:00
Oxunma sayı : 14