AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib

Dekabrın 28-də keçirilən Akademiyanın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub.
Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.


Dərc olunub : 28-12-2019

Oxunma sayı : 12