Gənc alim və mütəxəssislər Şurasının İdarə heyətinin seçilməsi ilə bağlı yığıncaq

14 fevral 2017-ci il tarixdə AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutunda  İnstitut daxili Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilmişdir.

Yığıncaq İnstitunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadənin, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun və İnstitut əməkdaşlarının iştirakı  ilə toplanmışdır.

İclasda ilk əvvəl Şuranın fəaliyyəti ilə bağlı hesabatlar dinlənildi, cari ildə görüləcək işlərin mərhələləri müəyyən edildi. Həmçinin təşkilati məsələlərə nəzər yetirilərək Hüquq və İnsan Haqları İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri:

 

1.    Aslanov Zamiq Novruz oğlu

2.    Rüstəmzadə Ayxan Xankişi oğlu

3.    Quliyev Aqil Müslim oğlu

4.    Məmmədova Leyla Cəlil qızı

5.    Qasımova Günay Akif qızı

6.    Yaqubova Təranə Əlibaba qızı

7.    İbrahimov Şikar Mürşüd oğlu  olmaqla seçildi.

 

Eyni zamanda üzvlər səsvermə yolu ilə hüquq elmləri doktoru  Rüstəmzadə Ayxan Xankişi oğlunu sədr, Quliyev Aqil Müslim oğlunu isə sədr müavini seçdilər.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 5