Aytən Mustafazadə, Zamiq Aslanov: Seçki hüququ

Dərs vəsaiti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan seçki qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında, seçki hüququ sahəsində nəzəri-təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır.

Təqdim olunan dərs vəsaitində müasir dövrdə Azərbaycan Respublikasında seçki prosesinin hüquqi tənziminin xüsusiyyətləri işıqlandırılmış, seçkilər xalq hakimiyyətinin həyata keçirilməsi forması kimi təhlil edilmiş, seçki hüququnun anlayışı, predmeti və sistemi, seçki hüququnun mənbələri, seçki hüququnun prinsipləri, seçki sistemləri, seçki hüququnun subyektləri və onların hüquqi statusu, seçkilərin təyin edilməsi və seçici siyahılarının tərtib olunması, seçki dairələri və seçki məntəqələri, seçki orqanlarının (komissiyalarının) hüquqi statusu və fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı qaydası, seçici imzalarının toplanması, seçkiqabağı təşviqat, onun aparılması metodları və subyektləri, seçkilərin maliyyələşdirilməsi, səsvermə və seçkilərin nəticələrinin müəyyən  edilməsi, vətəndaşların seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət, seçki mübahisələri və onların həlli qaydası, beynəlxalq seçki standartları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.

Dərs vəsaitindən hüquq təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, magistratları, doktorantları və tələbələri, dövlət qulluqçuları, seçki komissiyalarının üzvləri və bütövlükdə seçkilərin təşkili və keçirilməsinin hüquqi tənzimi məsələləri ilə maraqlanan hər kəs yararlana bilər.  




Dərc olunub : 2023-04-04 11:22:00
Oxunma sayı : 109