Aytən Mustafazadə Fəxri Professor adına layiq görüldü

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, Aytən xanım Mustafazadə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Fəxri professoru adına layiq görülüb.

13 fevral 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda Rusiyanın Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Rəşad Qurbanovla görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən İnstitutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə bildirdi ki, 2016-cı ilin dekabr ayında hər iki institut arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Eyni zamanda A.Mustafazadə qeyd etdi ki, gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Rusiya Federasiyasının Q.V.Plexanov adına RİU Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutu ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında beynəlxalq əlaqələrin qurulmasına, ikitərəfli əməkdaşlığın inkişafında mütərəqqi xidmətlərinə, eləcə də birgə elmi nailiyyətlərin əldə edilməsində müstəsna fəaliyyətinə görə hüquq üzrə elmlər doktoru, professor Rəşad Qurbanova Hüquq və İnsan Haqları İnstitutunun Fəxri professoru elmi adı verildi.

Həmçinin R.Qurbanov rəhbəri olduğu institutun Elmi Şurasının 9 fevral 2018-ci il tarixli qərarı ilə Aytən Mustafazadənin bu institutun Fəxri professoru adına layiq görüldüyünü bildirib, mükafatı alimə təqdim edib.


Dərc olunub : 14-02-2018

Oxunma sayı : 14