Aytən Mustafazadə “Azərbaycan Respublicası Milli Məclisinin Fəxri medalı” ilə təltif edilib

Trend-in məlumatına görə, bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən Mustafazadə Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən “Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı” ilə təltif edilib.

Qeyd edək ki, bu gün direktorumuz Aytən xanım Mustafazadənin 50 yaşı tamam olur. Bu münasibətlə institutun kollektivi olaraq hamımız Aytən xanımı ürəkdən təbrik edirik ona bütün başlanğıclarında uğurlar diləyirik və xoşbəxtlik arzulayırıq.


Dərc olunub : 23-05-2018

Oxunma sayı : 5