Çağ Universiteti ilə Hüquq və İnsan Haqları İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub
İyunun 30-da Hüquq və İnsan Haqları İnstitutunda Türkiyənin Çağ Universitetinin rektoru Prof. Dr. Murat Koç ilə görüş keçirilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyəti barədə məlumat verərək, virtual kitabxana, hüquqşünas alimlərin məlumat bazası, insan hüquqları üzrə rəqəmsal xəritə, e-huquqshunas.az və PASS platformaları və digər rəqəmsal layihələri qonağın diqqətinə çatdırıb.
Görüşdə hüquq təhsili sahəsində beynəlxalq təcrübə, akademik əməkdaşlıq perspektivləri, rəqəmsal və innovativ təşəbbüslər, eləcə də gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin, Çağ Universitetinin hüquq təhsili sahəsində həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri və tələbələr üçün yaratdığı imkanlar haqqında məlumat verilib.
Görüş qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.
Dərc olunub : 30-06-2026
Oxunma sayı : 40