İnstitutda Mülkü Müdafiə məşqi keçirildi

13 iyun 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda 2017-ci il üçün təsdiq olunmuş Mülkü Müdafiə tədbirlər planına uyğun olaraq, “Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda İnstitutun rəhbər heyəti ilə birgə Mülkü Müdafiə məşqi keçirildi.

Məşqin keçirilməsində əsas məqsəd İnstitutun rəhbər heyəti tərəfindən MM planının öyrənilməsi və dəqiqləşdirilməsi, MM planına əsasən öz xidməti vəzifələrinin dəqiq öyrənilməsi, Fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydalarının sxem üzrə məşq edilməsi idi.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 17