Suriya böhranı qərb dövlətlərinin yaxın Şərq strategiyasında

Ərəb baharı adı altında başlayan Yaxın Şərq böhranı dərinləşməkdə davam edir. Xalqların demokratiya və azadlıqlar uğrunda başladıqları mübarizə  bir çox dövlətdə hakimiyyət dəyişikliyinə səbəb oldu. Lakin zaman göstərdiki bu inqilablar xalqlara demokratiya deyil xaos gətirdi. Nəticədə bir çox müsəlman dövləti qanlı toqquşmaların baş verdiyi əraziyə çevrildi.

Son zamanlar dünya gündəminin ən önəmli məsələsi Suriya münaqişəsidir. Bölgədə çox mürəkkəb və ziddiyətli mənzərə yaranıb.Daxildə baş verən döyüşlərlə yanaşı bölgəyə marağı olan kənar qüvvələrin müdaxilələri ölkədə vəziyyəti daha da acınacaqlı edib.Suriyada yaşanan fəlakətin miqyasını inkar etmək çətindir.2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlanandan bəri 270 min adam həlak olmuş,12 milyon suriyalı ölkəni tərk etmiş , milyonlarla adam təhlükədən qaçmaq üçün İordaniya, Türkiyə və son aylarda Avropaya üz tutublar. Onu  deyə bilərik ki Suriyada son illərin ən böyük insani faciəsi yaşanır.

 Bəs Suriyada konflikt necə başladı? Suriyanı vətəndaş müharibəsinə sürükləyən hakimiyyət mübarizəsidi yoxsa bunun başqa səbəbləri var? Bəlkə  bu böyük dövlətlərin  geosiyasi  bir oyunudu? Suriyada dünyanın böyük güclərinin və o cümlədən bir çox region dövlətlərinin maraqları kəsişir.Bir fikirə əmin ola bilərik ki  Suriyadakı  məsələ hakimiyyət  davası  deyil. Bir tərəfdə Amerikanın , Qərb dövlətlərinin ,İsrailin ,Türkiyənin və Amerikanın təsirində olan bir sıra ərəb dövlətlərinin dəstəklədiyi müxalifət var.Digər tərəfdə isə Rusiya, İran və bir sıra ərəb dövlətlərinin dəstəklədiyi Bəşər Əsəd rejimi.IŞİD isə regionu təhdid edən ümumi bəlaya çevrilib.

Suriyanın etnik  müxtəlifliyi bir sıra dövlətlərin burada  xaos yaratmasına zəmin yaratdı

Ölkə əhalisinin 75 faizi sünni ,12 faizi ələvi müsəlman, 12 faizi xristiandır.Ölkədə sünnilər çoxluq təşkil etsələrdə hakimiyyət ələvilərin əlindədir. Məhz bu baxımdan Suriyada kı konfliktin  əsas səbəblərindən biri də məhzəb məsələsidir. Bölgədə sünni- şiə qarşıdurması özünü açıq şəkildə göstərir.Qərbin dəstəklədiyi Səudiyyə Ərəbistanı  və Qətər üçün ən böyük təhdid bölgədə şiəliyin yayılmasıdı.Bu səbəbdən də vəhabilərin idarə etdiyi Səudiyyə Ərəbistanı  İranı  bölgədə hərzaman düşmən mövqeyində görüb.Yaxın keçmişə nəzər salsaq görərik ki haradaki şiələr baş qaldırır Səudiyyə Ərəbistanı açıq şəkildə müdaxilə edib.Misal olaraq deyə bilərik ki Bəhreyndə şiələr baş qaldıran zaman Səudiyyə Ərəbistanı duruma açıq müdaxilə etmişdi .Bildiyiniz kimi Bəhreyin əhalisinin 75 faizini şiələr təşkil edir. Hal-hazırda Səudiyyə Ərəbistanı  Yəməndə də Husilərə qarşı mübarizə aparır.

İran əhalisinin şiə olduğuna görə Suriyadaki  şiə hakimiyyətinə dəstək verməsi təbii görünür.

Bölgəyə nəzər yetirsək görərik ki İraqda, Suriyada ,Livanda şiələr hakimdilər.Hizbullah və Həması da İranın dəstəklədiyini bilirik.Yəməndə isə Husilər hakimiyyətə gəlməyə çalışırlar. Göründüyü kimi bölgədə İran dəstəkli  şiə dövlətləri yayılır.Ümumi mənzərədən baxdığımızda görərik ki  region  dövlətlərini narahat edən ən mühüm məsələlərdən biri İran və onun dəstəklədiyi şiəliyin yayılmasıdır. Amerika və Qərb dövlətləri bu amillərdən böyük məharətlə istifadə edərək bölgədə şiə-sünni münaqişəsi yaratmaqla İslam dövlətləri və Müsəlman xalqlarını məhv etməyə çalışırlar.

Əslinə baxsaq görərik ki bölgədəki bu durum  Amerikanın, Qərb dövlətlərinin və İsrailin işinə yarayır.Suriyada  parçala hökümranlıq et siyasəti aparılır.

Suriya münaqişəsinin  əsas  səbəblərindən  biri də böyük güclərinYaxın Şərqdə  mövqe qazanmaq mübarizəsidir.

İstər ABŞ və Qərb dövlətləri, istərsədə Rusiyanın bölgədə hərbi və siyasi hədəfləri çox açıq görünür. Məqsəd yaxın şərqdə mövqe qazanmaq və enerji qaynaqlarının nəqli üzərində hökümranlıq etmək .Yoxsaki  Suriyada demokratikləşmə adı altında aparılan mübarizə nağıl kimi görünür. Demokratiya ,terrorla, xalqlar arasında ədavət salınaraq yaradılmır.

Amerikanın The National İnterest te Giorgio Cafiero jurnalında Daniel Viqnerin “ Türkiyə və Qətər : Başarısızlığa məhkum bir Suriya Siyasətini  Paylaşan Yaxın Müttəfiqlər” başlıqlı bir yazı nəşr edildi.Yazıda Türkiyənin Suriya ilə sərhədinin uzunluğu və Qətərın də pulunun çoxluğu iki ölkəyə Suriya ordusu və müttəfiqlərinə qarşı mübarizə aparan müxtəlif islamçı qurupları dəstəklədikləri bildirilir.Lakin bunun Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra Bəşşər Əsəd rejimini devirməyə ytməyəcəyini yazır.

Müəllif Türkiyənin geosiyasəti və Qətərın pulu ilə “Cihadçı-Sələfi” quruplara göstərilməkdə olan dəstəklə Suriyadakı müharibənin uzana biləcəyini xatırladır.

“Təbii qaz geosiyasəti” alt başlığı altında verdiyi yazıda  müəllif göstərməyə çalışır ki Türkiyə ilə Qətərın Əsəd rejiminə qarşı müxalifəti dəstəkləmələri bir yana ,təbii qaz geosiyasəti də , Ankara  ilə  Dohanın Suriyaya qarşı münasibətlərində önəmli yerə sahibdir .  2009 cu ildə  Əsədin  Qətərdan Türkiyəyə təbii qaz daşıyacaq boru xəttinin  Suriyadan keçməsi layihəsini rəddetmiş olduğu bildirilir.

 Bu layihəyə görə təbii qaz Qətərın şimal nöktəsindən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçməli idi. Belə qənaətə gəlmək olar ki  Bəşər Əsəd rejiminin bunu qəbul etməməsi Rusiya ilə bğlıdır. Rusiyanın Suriya ilə tarixi əlaqələrini və bundan əlavə, Rusiyanın Qara dəniz donaması üçün yeganə Aralıq dənizi hərbi bazasının Suriyanın Tartus limanında yerləşməsin nəzərə alsaq, Bəşər Əsədin bu layihəyə razılıq verməsi mümkün deyildi. Bildiyiniz kimi Rusiya Avropa İttifaqının  birnömrəli qaz tədarükçüsüdür və  bu dövlətlər  istifadə etdikləri  təbii  qazın yarısından çoxunu Rusiyadan alırlar. Məhz bu baxımdan Aİ  dövlətlərinin  Rusiyadan enerji aslılğı mövcuddur. Hazırki məqamda Rusiya ilə Aİ  dövlətləri arasında qarşılıqlı embarqoların tətbiq edildiyi bir vaxtda bu məsələ xüsusi önəm kəs edir.

Ayrıca 2010cu  ildə Bəşər Əsəd İran təbii  qazını  İraqdan  keçərək Suriyaya çatdıracaq 10 milyard dollarlıq “İslami boru xətti”layihəsinin  danışıqlarına başlamışdı .2012ci ilin iyulunda Əsəd rejimi İranla bu məsələ liə bağlı razılıq memorandumu imzaladı. O imza Suriyanı İran və İrakdan keçməklə(Şiələrin yaşadığı Bağdatdan) Qərbə yönələn bir “enerji koridoru” halına  gətirirdi. Belə düşünmək olar ki Suriyanın Yaxın Şərqdə enerji koridoru potensialı davam etməkdə olan münaqişənin əsas səbəblərindən biridir və bu koridorun bir birinə məhzəb bağlılığl olan “Tehran-Bağdad-Şam üçlüyü”ndə olması bir sıra bölgə və beynəlxalq gücləri qane edə bilməzdi.İstər bu amil istərsədə Rusiya ilə  Qərb güclərinin enerji koridoru üzərində apardıqları mübarızə Suriya münaqişəsinin əsas səbəblərindəndir.

 Açığını  demək lazımdır ki, Türkiyənin Qətərla əlbir olub bu münaqişəni yaratması fikri həqiqətdən çox uzaqdır .Görünür Qərb mətbuatında münaqişəni regionallaşdıraraq məsuliyyəti  öz üzərilərindən atmağa çalışırlar.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 82