ELAN! “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda təlim keçiriləcək

Hörmətli dostlar,

Hüquq və İnsan Haqları İnstitutu Sizi “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda keçiriləcək təlimə dəvət edir!

Yarımgün ərzində keçirilməsi nəzərdə tutulan bu təlim qadınlara qarşı zorakılıqla mübarizədə daha effektiv yanaşmaların öyrənilməsi, GƏZ-dən zərər çəkmiş şəxslər üçün keyfiyyətli xidmətlərin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilir.

📅 Tarix: 28-29-31 oktyabr 2024-cü il (eyni mövzuda təlim 3 müxtəlif gündə keçiriləcək)
🕒 Vaxt: saat 10:00 (qeydiyyat - 09:30)
 📍  Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Akademiya şəhərciyi, Hüquq və İnsan Haqları İnstitutu

Təlimin əhatə edəcəyi mövzular:

· Qadınlara qarşı zorakılığın səbəbləri ilə tanışlıq;

· GƏZ qurbanları üçün mövcud xidmətlərdən istifadəyə mane olan amillər və onların aradan qaldırılması;

· Zərərli sosial normalara qarşı inteqrativ yanaşmalar;

· GƏZ-lə bağlı keyfiyyətli keys idarəetməsinə yönəlmiş sosial iş təlimlərini başlamaq üçün institusional əməkdaşlıqların qurulması

Kimlər iştirak edə bilər?

· GƏZ məsələləri üzrə müəyyən iş təcrübəsi olan şəxslər;

· hüquqşünaslar;

· ictimai fəallar;

· sosial işçilər;

· icma işçiləri;

· psixoloqlar;

· gənclər və tələbələr.

Təlimə qatılmaqla siz cəmiyyətimizdəki bu ciddi problemi müzakirə edəcək, biliklərinizi artıracaq və bu sahədə dəyişikliklərə nail olmaq üçün yeni əlaqələr quracaqsınız. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeydiyyat : CV-lərinizi İNFO@LHRİ.AZ elektron ünvanına göndərməklə müraciət edə bilərsiniz.

Son tarix: 25 oktyabr 2024-cü il, saat 13:00

Gəlin, qadınlara qarşı zorakılıqla birlikdə mübarizə aparaq və daha təhlükəsiz cəmiyyətdə yaşayaq!


Dərc olunub : 17-10-2024

Oxunma sayı : 350