Elan! “Hakimlərin və vəkillərin etik davranış qaydaları” mövzusunda keçiriləcək məlumat sessiyasına dəvət

Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə əməkdaşlığı çərçivəsində “Hakimlərin və vəkillərin etik davranış qaydaları” adlı məlumat sessiyası keçiriləcək. Tədbirdə hakimlərin və vəkillərin fəaliyyətinin etik prinsipləri barədə təfərrüatlı məlumat veriləcək və peşə fəaliyyəti, eləcə də peşə fəaliyyətindən kənar davranış zamanı rast gəlinən etik pozuntu və dilemmaların müzakirəsi aparılacaq. Məlumat sessiyası Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının nümayəndələri və İnstitutun Ekspert Şurasının üzvləri tərəfindən keçiriləcək.

 

     📅 Tarix: 17 aprel 2026-cı il

🕒 Vaxt: 09:30 – 13:00

 📍  Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Hüquq və İnsan Haqları İnstitutu

 

Kimlər iştirak edə bilər?

-      Məhkəmə əməkdaşları və hakimliyə namizəd olan şəxslər

-      Yeni fəaliyyətə başlamış vəkillər və vəkilliyə namizədlər

-      Dövlət qurumlarının hüquqşünas əməkdaşları

-      Hüquq tədqiqatçıları

 

Qeyd:

-     Məlumat sessiyasında iştirak ödənişsizdir.

-     Yerlərin sayının məhdud olması səbəbindən qeydiyyatdan keçmiş yalnız ilk 30 nəfər tədbirə dəvət olunacaq. 

 

Qeydiyyat: 

Tədbirdə iştirak üçün qeydiyyat linki:  https://forms.gle/mKYeSuaGdcnPiYBG9

Qeydiyyat üçün son tarix: 14 aprel 2026-cı il, saat 12:00


Dərc olunub : 07-04-2026

Oxunma sayı : 74