ELAN! Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları təlimə dəvət edir
Hüquq və İnsan Haqları İnstitutu “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda təlim keçirir.
Yarım gün keçirilməsi nəzərdə tutulan təlim 2 oktyabr 2024-cü il tarixində İnstitutun təcrübəli təlimçi-ekspertləri tərəfindən keçiriləcək. Təlimdə hüquqşünaslar, vəkillər, mediatorlar, ədliyyə işçiləri, hüquq təhsili alan tələbələr və s. iştirak edə bilərlər.
Təlimdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə dair ətraflı məlumat veriləcək və bu maddə üzrə baxılan əsas işlər müzakirə ediləcək.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. İştirak etmək istəyən şəxslər öz CV-lərini info@LHRİ.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər. Müraciət üçün son tarix: 27 sentyabr 2024-cü il, saat 16:00.
Dərc olunub : 24-09-2024
Oxunma sayı : 342