ELAN! Hüquq və İnsan Haqları İnstitutu məktəbliləri məlumat sessiyasında iştirak etməyə dəvət edir

Hüquq və İnsan Haqları İnstitutu məktəbliləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyində təminatı” mövzusunda keçiriləcək məlumat sessiyasına dəvət edir!

 

📅 Tarix: 02 iyun  2025-ci il 

🕒 Vaxt: saat 15:00-16:00-dək

 📍Məkan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 125, Akademiya şəhərciyi, Hüquq və İnsan Haqları İnstitutu, II mərtəbə, böyük konfrans zalı

 

Kimlər iştirak edə bilərlər?

13-18 yaşında olan uşaq və yeniyetmələr

 

Qeyd: 

• Sessiyada iştirak edəcək uşaqları valideynləri müşayiət edə bilər.

• Sessiyada iştirak edən uşaqlara təşəkkürnamələr təqdim olunacaq.

 

Qeydiyyat: 

Sessiyada iştirak üçün qeydiyyat linki: https://forms.gle/ma5pKEwHVvCp5Er3A

 

Əlaqə nömrəsi: (012) 537-20-73

 

 


Dərc olunub : 21-05-2025

Oxunma sayı : 70