ELAN! Hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində vətəndaşların qəbulu
📢 Vətəndaşların nəzərinə!
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən həyata keçirilən hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində vətəndaşların qəbulu təşkil olunur.
🗓 Qəbul günləri: hər həftənin II günü
⏰ Saat: 10:00 – 13:00
⚖️ Müraciət edə biləcəyiniz sahələr:
- Mülki hüquq
- Əmək hüququ
- Vergi hüququ
- Cinayət hüququ
- Digər hüquqi məsələlər
Sizi maraqlandıran hüquqi suallar peşəkar hüquqşünaslar tərəfindən cavablandırılacaq və müvafiq hüquqi izahlar veriləcək.
Qeyd: Hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində yalnız şifahi hüquqi məlumat və izahlar təqdim olunur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi yardım fəaliyyəti vəkillərə aid edildiyindən ərizə, şikayət, məktub, iddia ərizəsi və digər yazılı hüquqi sənədlər tərtib edilmir.
Hüquqlarınızı bilin, hüquqi dəstəkdən yararlanın!
Dərc olunub : 22-06-2026
Oxunma sayı : 34