ELAN! İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üçün vakansiya

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs  
Vəzifə: informasiya texnologiyaları üzrə mütəxəssis
Vəzifə maaşı: 1500 AZN

 

Vəzifə öhdəlikləri:

-  İnstitut üzrə proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemlərin vaxtında həlli üçün tədbirlər görmək;

-  şöbənin fəaliyyəti ilə bağlı ona aid hesabatları dövrlər üzrə hazırlamaq və İnstitutun  rəhbərliyinə təqdim etmək;

-  İnstitutun kompüter, server və şəbəkə avadanlıqlarının əməliyyat sistemlərinin quraşdırılmasında iştirak etmək, konfiqurasiya etmək və işlək vəziyyətdə saxlamaq;

-  İnstitutun kompüter və internet avadanlıqlarına daimi texniki xidmət göstərmək;

-  Kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstək göstərmək;

-  İnstitutun lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirmək, mütəmadi monitorinqlər aparmaq.

 

Namizədə olan tələblər:

informasiya texnologiyaları, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sistem mühəndisliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;

müvafiq sahə üzrə 3 illik iş stajı;

Azərbaycan dili (ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır);

korporativ poçt ilə işləmə bacarığına malik olmaq (Microsoft Outlook və s.);

server avadanlıqlarının - HP ProLiant, Dell PowerEdge və şəbəkə avadanlıqlarının - Switch (L2, L3), Access Point, Router (Cisco, Ubiquiti, MikroTik və s.) barəsində məlumatlı olmaq;

server əməliyyat sistemlərinin (Windows Server (AD, DNS, RDS, GPO), Linux) quraşdırılması, sazlanması və idarə olunması işlərini bacarmaq;

Exchange Server ilə iş təcrübəsinə malik olmaq;

müxtəlif əməliyyat sistemlərinin və proqram təminatının quraşdırılması və sazlanması (Microsoft Windows 7/8/8.1/10/11), Microsoft Office 2007/2010/2013/2016/2019 və s. printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxa biləcək problemlərin aradan qaldırılması;

yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.

 

Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 17 oktyabr 2024-cü il saat 15:00-dək 
İNFO@LHRİ.AZ e-mail ünvanına göndərilməlidir.

 

 

 


Dərc olunub : 10-10-2024

Oxunma sayı : 141