ELAN! İnstitut məqalələrin təmənnasız tərcüməsini həyata keçirir

Hüquqşünas alimlərin beynəlxalq reytinqlərinin artırılması və xaricdə məqalələrinin dərc edilməsini təşviq etmək məqsədilə Hüquq və İnsan Haqları İnstitutu onların məqalələrinin ingilis və rus dillərinə tərcüməsini təmənnasız olaraq həyata keçirir.

Hər müəllif rüb ərzində yalnız 1 məqalə təqdim edə bilər. Məqalələrin tərcüməsi daxil olma ardıcıllığı ilə həyata keçiriləcək. Üstünlük daha çox elmi dərəcəsi olanlara, İnstitut tərəfindən müəyyən edilmiş “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar” əsasında hazırlanmış məqalələrə veriləcək.

Əlavə məlumat üçün: : İNFO@LHRİ.AZ və ya 012 5372073.

 

 


Dərc olunub : 16-10-2024

Oxunma sayı : 59