ELAN! “Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı” mövzusunda tədbirə dəvət
Hörmətli hüquqşünaslar,
Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə “Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı” mövzusunda tədbir keçiriləcəkdir.
Tədbir çərçivəsində məhkəmə ekspertizası sahəsinə dair 9 yeni elmi-metodiki vəsait hüquq ictimaiyyətinə təqdim olunacaq.
Bu sahəyə marağı olan hüquqşünaslar tədbirdə iştirak edə bilərlər.
Yerlərin məhdud olması səbəbilə cəmi 10 nəfər üçün yer ayrılmışdır.
Tarix: 10 fevral 2026-cı il
Saat: 10:00
Məkan: Hüquq və İnsan Haqları İnstitutu
(Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 125)
Qeydiyyat linki: https://forms.gle/7mRHUSWeL4hZK9fx8
Qeydiyyat üçün son tarix: 5 fevral 2026-cı il
Dərc olunub : 02-02-2026
Oxunma sayı : 86