ELAN! Təlimçi vəzifəsi üçün vakansiya elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs  
Vəzifə: Təlimçi
Vəzifə maaşı: 1200

Vəzifə öhdəlikləri:

·        Müxtəlif mövzularda təqdimatlar hazırlamaq, məktublar, arayışlar və digər sənədlər tərtib etmək;

·        Müxtəlif materiallar əsasında icmallar hazırlamaq;

·        Kənar tərəfdaşlarla kommunikasiya qurmaq;

·        Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

 

Namizədə olan tələblər:

·        Jurnalistika, ictimai əlaqələr və ya oxşar ixtisas üzrə ali təhsil; 

·        Media subyektləri ilə iş və əməkdaşlıq təcrübəsi (ən azı 3 il);

·        İctimai təqdimat edə bilmək bacarığı;

·        Qısa müddətdə böyük həcmdə materiallarla işləmək bacarığı;

·        Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı;

·        Ofis proqramlarından peşəkar istifadə bacarığı;

·        Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.

 

Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 26 iyul 2024-cü il saat 16:00-dək info@lhri.az email ünvanına göndərilməlidir.

 


Dərc olunub : 17-07-2024

Oxunma sayı : 1189