ELAN! Təlimçilər üçün təlim (ToT)

Hüquq və İnsan Haqları İnstitutu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (UN OHCHR) ilə birlikdə hüquqşünasları “Təlimçilər üçün təlimlər”ə (ToT) dəvət edir.

Təlimlərdə insan hüquqlarına dair yerli qanunvericilik, beynəlxalq hüquqi sənədlər, insan hüquqlarının müdafiə mexanizmləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqlarının monitorinqi və s. mövzularda ətraflı təqdimatlar yer alacaq. 

Təlimlər İnstitutun təlimçi-ekspertləri tərəfindən 5 gün ərzində keçiriləcək və iyun ayının sonunda təşkil olunacaq.

 

Təlimlərdə iştirak edən şəxslərə dair tələblər:

 

     ·        hüquq təhsili; 

     ·        ən azı 3 il hüquqşünas təcrübəsi;

     ·        yaxşı təqdimat və natiqlik bacarığı;

     ·        Azərbaycan dilində səlis danışmaq;

     ·        təlimlərdə 5 gün fasiləsiz iştirak etmək imkanı.

 

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək və onlar İnstitutun təlimçi bazasına daxil ediləcəklər. İştirak etmək istəyən şəxslər öz CV-lərini info@lhri.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər. Müraciət üçün son tarix: 20 may 2024-cü il, saat 12:00.


Dərc olunub : 13-05-2024

Oxunma sayı : 359