ELAN! Tərcüməçi vəzifəsi üzrə vakansiya elan edilir

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs  
Vəzifə: tərcüməçi (rus-Azərbaycan-rus)
Vəzifə maaşı: 750 manat (0.5 ştat vahidi)

Vəzifə öhdəlikləri:
– elmi, hüquqi, tədris, təlim materiallarını, konfransların, iclasların, seminarların sənədlərini rus dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən rus dilinə tərcümə etmək;
– görüşlər və digər tədbirlərdə müvafiq dillərdən tərcümə etmək;
– xarici dildə olan materialların xülasəsinin hazırlanması.

Namizədə olan tələblər:
– ali təhsilli;
– yazılı tərcümə sahəsində ən azı 5 il iş təcrübəsi;
– sürətli tərcümə bacarığı;
– Windows, MS Office, İnternet və s. kompüter proqramlarını yüksək səviyyədə işlətmək bacarığı;
– həm orijinal, həm də tərcümə dilində xüsusi terminologiyanı yaxşı bilmək;
– linqvistik bacarıqlara malik olmaq.

Digər məlumatlar:
Fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmaqla 12 dekabr 2025-ci il saat 12:00-dək İNFO@LHRİ.AZ email ünvanına göndərilməlidir.

 


Dərc olunub : 05-12-2025

Oxunma sayı : 161