Elşad Mirbəşir oğlu: Müasir Terrorizm və BeynəlxalqTəhlükəsizlik Problemi (monoqrafiya)

Yeni nəşrlərimizdən biri institutumuzun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir oğlunun “Müasir Terrorizm və Beynəlxalq Təhlükəsizlik Problemi” adlı monoqrafiyasıdır.

Müasir mərhələdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan təhlükələrdən biri də terrorizmdir. İnformasiya kommunikasiya texnologiyalarının, silah sənayesinin öz inkişafının kifayət qədər yüksək mərhələlərinə çatması terrorizmin təhlükəlilik dərəcəsini daha da artırmışdır. Belə ki, terrorçu təşkilatlar yeni imkanlardan fəal istifadə etməklə, daha ciddi təhlükə mənbəyinə çevrilmişlər. Bu baxımdan, müasir mərhələdə terrorizmə qarşı mübarizə məsələsi olduqca böyük aktuallıq kəsb etməkdədir.

Terrorizmə qarşı səmərəli mübarizə aparmaq hər şeydən öncə, onun mahiyyətinin doğru dərk edilməsindən başlayır. Bu baxımdan, təqdim olunan elmi monoqrafiyada terrorizmin mahiyyəti, meydana gəlməsi tarixi ətrafında təhlillər aparılmışdır. Həmçinin, müasir terrorizmə qarşı mübarizə problemi ətraflı tədqiq olunmuşdur.




Dərc olunub : 2018-01-18 16:41:00
Oxunma sayı : 30