«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 22 may 2012-ci il tarixli, 352-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun elmi-praktiki kommentariyası
Kitab “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun ilk şərhi olmaqla, bütün maddələri əhatə edir. Qanunun normaları BMT-nin Məhkumlarla rəftara münasibətdə Minimal Standart Qaydaları, Avropa Penitensiar Qaydaları və digər beynəlxalq hüquqi sənədlərdə ifadəsini tapan müddəalar, habelə BMT-nin İnsan Hüquqları Komitəsi, İşgəncə Əleyhinə Komitəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, İşgəncələrə Qarşı Avropa Komitəsinin təcrübəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla şərh edilmiş və onların beynəlxalq standartlara müvafiq tətbiqi üçün tövsiyələri nəzərdə tutur.
Qanunun şərhi zamanı azadlıqdan məhrumetmə yerlərinin etik çərçivədə idarə olunması, həbsdə olanlarla qaydalara uyğun humanist və ədalətli davranılması, onların təhlükəsizliklərinin təmini, həbsdə olanlara qarşı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməməsi kimi prinsiplər rəhbər tutulmuşdur.
Kitab penitensiar xidmət əməkdaşları, vəkillər, hüquqşünaslar, ali məktəblərin hüquq fakültələrinin tələbələri ilə yanaşı, həbsdə olan və ya azadlıqdan məhrum edilmiş şəxslər üçün də faydalıdır.
Dərc olunub : 09-12-2025
Oxunma sayı : 14