HUDOC məlumat bazası haqqında təlim keçirilmişdir

1 noyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda əməkdaşımız Fərid Ələkbərov tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna aid HUDOC məlumat bazası haqqında təlim keçirilmişdir.
Təlim iştirakçılarına HUDOC məlumat bazasının funksional axtarış bölmələri ilə işləmək üçün zəruri məlumatlar verilmiş, daha sonra onlara məlumat bazasında əyani şəkildə praktiki axtarış imkanları göstərilmişdir.
Təlimin sonunda iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılmış, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin cari fəaliyyəti ilə bağlı aktual məsələlərin qısa müzakirəsi aparılmışdır.




Dərc olunub : 2022-11-01 12:42:00
Oxunma sayı : 33