Hüquq terminləri lüğəti
“Hüquq terminləri lüğəti” müasir hüquq elminə və təcrübəsinə məlum olan 3500-dən artıq termini əhatə edir. Kitabda milli və beynəlxalq hüququn bütün əsas sahələrinə aid terminlərin anlayış və izahları verilir.
Lüğətdə terminlər əlifba sırası ilə düzüldüyündən onlardan rahat və asan istifadə təmin edilmişdir. Hər bir terminin qanunvericilikdə mənbəyi və həmin sahədə mövcud ədəbiyyat göstərildiyi üçün nəşrdən bütövlükdə həm məlumat bazası, həm də bütün hüquq fənləri üzrə dərs vəsaiti kimi istifadə olunmasına imkan yaradılmışdır.
Kitab hüquqşünaslar, tələbələr, hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalıdır.
Dərc olunub : 09-12-2025
Oxunma sayı : 76