Hüquq və İnsan Haqları İnstitutu səmərəli əməkdaşlığa görə təltif olunub

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) Hüquq və İnsan Haqları İnstitutunu “Səmərəli əməkdaşlığa görə” təltif edib. Təltifi qəbul edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışı zamanı İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verərək, yerli icra hakimiyyəti orqanları üçün keçirilən təlimlərdə ictimai nəzarətin işlək mexanizmi kimi “E-nəzarət”in qeyd edildiyini vurğulamışdır.  

 

“E-nəzarət”in 2 illik fəaliyyətinə həsr olunmuş tədbirdə platformaya 7000-dən çox müraciətin daxil olması və 80-dən çox dövlət qurumu və müəssisəsi ilə əməkdaşlıqda onlardan təxminən 70%-nin həll olunduğu qeyd edilmişdir.




Dərc olunub : 2023-07-11 11:34:00
Oxunma sayı : 72