İdarə Heyətinin sədri İnstitut əməkdaşları ilə görüş keçirib

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə sentyabrın 5-də İnstitut kollektivi ilə görüş keçirib. 

 

Görüşdə 2023-cü ilin 3 rübü ərzində İnstitutda görülmüş işlər barədə ümumi məlumat verilib, həmçinin ilin son rübü üçün qarşıda duran hədəf və vəzifələr müzakirə olunub. 

 

Sonda İdarə Heyətinin sədri İnstitutun 3 əməkdaşını 60 illik Yubileyləri münasibətilə təbrik edib. Səmimi keçən görüşdə hər 3 əməkdaş – Gülşən Ələsgərova, Fərasət Qurbanov və İlqar Xəlilov İnstitutun ictimai həyatında və səmərəli fəaliyyətində yaxından iştirak etdiklərinə görə mükafat və “Təşəkkürnamə” ilə təltif olunublar. Sədr onlara uzun ömür, can sağlığı, iş həyatlarında uğur və müvəffəqiyyətlər arzu edib.




Dərc olunub : 2023-09-05 15:50:00
Oxunma sayı : 76