İ.Əliyev, G.Ələsgərova, N.İbrahimli, G.Abasova, A.Arifli: Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər
Bu tədqiqat işi demokratik cəmiyyətlərin təbiətinə xas olan, insan və vətəndaş hüquq və əsas azadlıqlarının tərkib hissəsi sayılan seçki hüququnun həyata keçirilməsini təmin edən seçki prosesinin əsas xüsusiyyətlərinin, problemlərinin, bu proseslə bağlı uğurlu təcrübələrin və inkişaf perspektivlərinin müasir texnoloji tərəqqi kontekstində hüquqi təhlilinə həsr edilmişdir.
Tədqiqat işində seçkilərin nəzəri və hüquqi məsələləri, o cümlədən elektron səsvermədən istifadə etməklə seçki prosesinin həyata keçirilməsinin praktiki və problemli aspektləri tədqiq edilir, həmçinin bəzi tövsiyələr verilir.
Bu tədqiqat işi seçki prosesinin iştirakçıları, hüquqşünaslar, alimlər, tələbələr, eləcə də seçkilərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dərc olunub : 15-12-2023
Oxunma sayı : 18