İnstitutun rəhbəri beynəlxalq konfransda iştirak edib

Cari ilin 3 aprel tarixində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Ankara şəhərində Mersin Barosu, Ankara Universiteti, Çağ Universiteti və Injuria hüquq platforması tərəfindən təşkil olunan II Beynəlxalq Ailə, Qadın və Uşaq Hüququ Konfransında iştirak edərək mövzu üzrə çıxış edib.

Səfər çərçivəsində M.Quluzadə bir sıra rəsmi görüşlər keçirib. Belə ki, o, Türkiyə Barolar Birliyi Prezidenti Av. Erinç Sağkan, Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar, Çağ Universitetinin rektoru Prof. Dr. Murat Koç və Ankara Universiteti Hüquq Fakültəsinin dekanı Prof. Dr. İbrahim Ermenek ilə görüşərək İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşlər zamanı İnstitutun fəaliyyəti, həmçinin beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda M.Quluzadə İnstitut tərəfindən nəşr olunmuş kitabları tərəfdaşlara hədiyyə edib.


Dərc olunub : 04-04-2026

Oxunma sayı : 51