İnstitutun rəhbəri BMT tədbirində iştirak edib

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Birləşmiş Millətlər Təşkilatının Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) illik iclasında iştirak edib. Tədbirə qatılan beynəlxalq təşkilatların və müxtəlif ölkələrin insan hüquqları təsisatlarının rəhbərləri insan hüquqları sahəsində öz təcrübələrini bölüşərək, ən yeni çağırışlar səsləndiriblər. 

M.Quluzadə BMT-nin məsul şəxsləri və bir sıra ölkələrin ombudsmanları ilə görüşüb və İnstitutun fəaliyyəti haqqında məlumat verib. 


Dərc olunub : 13-05-2024

Oxunma sayı : 133