İnstitutun rəhbəri Naxçıvan MR-in Ombudsmanı ilə görüşüb

 “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iyunun 14-də Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva ilə görüşüb.

Ombudsman Naxçıvanda insan hüquq və azadlıqları sahəsində görülən işlər və maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verib. Daha sonra İnstitutun  rəhbəri M.Quluzadə İnstitutun fəaliyyət istiqamətləri, insan hüquqları sahəsində tədqiqat və maarifləndirmə, dərc edilən vəsaitlər,  “Hüquq və insan haqları virtual kitabxanası"nın yaradılması və gələcək planlar barədə ətraflı məlumat verib. 

Görüş çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu ilə Naxçıvan MR Ombudsman Aparatı arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

 




Dərc olunub : 2023-06-16 07:31:00
Oxunma sayı : 87