İnstitutumuzun rəhbəri dekabr ayında bir sıra tədbirlərdə iştirak etmişdir

7-9 dekabr 2022-ci il tarixlərində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnsan Hüquqları Gününə həsr olunmuş bir sıra tədbirlərdə iştirak etmişdir. Tədbirlər BMT, Avropa İttifaqı, Britaniya Səfirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən təşkil edilmişdir.
BDU-nun Hüquq fakültəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Məhəmməd Quluzadə Hüquq və İnsan Haqları İnstitutu haqqında ətraflı məlumat vermiş, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasının əhəmiyyətindən, ölkəmizdə bu sahədə görülən işlərdən, eləcə də Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı bütün beynəlxalq sənəd və konvensiyalara, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə qoşulduğunu və beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiya edildiyini vurğulamışdır. Qeyd etmişdir ki, İnstitut insan hüquqlarının müdafiəsi üzrə qanunvericilik və institusional islahatlara, habelə hüquqi bazanın və praktikanın daha da təkmilləşdirilməsinə öz dəstəyini verir, bu istiqamətdə müvafiq tədbirlər keçirir. O, həmçinin dekabr ayında İnstitut tərəfindən insan hüquqları mövzusunda keçirilmiş müsabiqədən danışmış, bu cür tədbir və müsabiqələrin bundan sonra da intensiv olaraq davam etdiriləcəyini bildirmişdir.




Dərc olunub : 2022-12-13 21:12:00
Oxunma sayı : 16