İnstitutda 2018-ci ilin yekununa dair hesabat dinlənildi

11dekabr 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun illik hesabat iclası keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Şahbaz Muradovun və institut əməkdaşlarının iştirakı ilə keçirilən hesabat iclasında institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar tapşırılmış elmi işlərin yerinə yetirilməsinə dair məlumat vermiş, həmçinin hesabat dövründə İnstitut tərəfindən bir çox normativ hüquqi aktların hüquqi ekspertizası aparılaraq bu sənədlərlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və milli qanunvericiliyin təkmilləşdirilməsi, habelə beynəlxalq norma və standartların tələblərinə uyğunlaşdırılması üzrə təkliflər irəli sürüldüyünü də diqqətə çatdırmışdır.


Dərc olunub : 11-12-2018

Oxunma sayı : 12