Beynəlxalq (Publik) Hüquq kursu dərsliyi nəşr olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin həmmüəllifliyi ilə iki cildlik “Beynəlxalq (Publik) Hüquq kursu” adlı dərslik nəşr olunub.
Azərbaycan Respublikasında müvafiq tədris proqramı əsasında kollektiv müəlliflər tərəfindən yazılmış bu dərslikdə beynəlxalq (publik) hüququn xüsusi hissəsini təşkil edən hüquqi qurumlara anlayış verilir, onların nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq (publik) hüququn xüsusi hissəsinə dair müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir, onun konkret hüquq sahələri fərqləndirilir.
Müasir dövrdə beynəlxalq (publik) hüquq kursu beynəlxalq müqavilələr hüququ, xarici əlaqələr hüququ, beynəlxalq təşkilatlar hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq iqtisadi hüquq və s. bu kimi müstəqil (publik) hüquq sahələrini əhatə edir; hər bir müstəqil hüquq sahəsinə dair məsələlər elmi-nəzəri cəhətdən beynəlxalq-hüquqi kontekstdə işıqlandırılır.
Sözügedən dərslik müasir beynəlxalq (publik) hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir.
Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə beynəlxalq hüquq elmi sahəsində çalışan mütəxəssislər, vəkillər və digər praktik işçilər faydalana bilərlər.


Dərc olunub : 14-01-2019

Oxunma sayı : 32