İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabı işıq üzü görüb

AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabı çap olunub.
Kitabda akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib.
Kitabda “Nəsimi ili”ndə Azərbaycan Milli Elmlər Akademiyasında çap olunmuş kitabların siyahısı və “Nəsimi ili” şeiri də yer alıb. Bunlardan əlavə “Şəkil də bir tarixdir” bölümündə il ərzində Nəsimi ilə bağlı təşkil edilmiş tədbirlərdən fotolar da öz əksini tapıb.
Kitab oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim olunub.


Dərc olunub : 16-01-2020

Oxunma sayı : 15